EBRD "Xızı-Abşeron" KES-in tikintisi üçün krediti təsdiqləyib
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Xızı və Abşeron rayonlarında yerləşən 240 MVt gücündəki "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının (KES) inkişafı, tikintisi və istismarı üçün 167 milyon ABŞ dolları məbləğində uzunmüddətli kreditin ayrılmasını təsdiqləyib.
Renewables.az EBRD-yə istinadla xəbər verir ki, borcalan “ACWA Power” tərəfindən Azərbaycanda yaradılan “ACWA Power Azərbaycan Bərpa Olunan Enerji” MMC çıxış edir.
Qeyd edək ki, layihənin ümumi dəyəri 348 milyon ABŞ dolları təşkil edir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının 2022-ci ilin yanvarın 13-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Energetika naziri Pərviz Şahbazov stansiyanın 2025-ci ildə istismara verilməsi qrafikinə uyğun işlərin davam etdiyini bildirib.
Rəylər (0):