Gələn il Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinə başlanılması planlaşdırılır.
Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir paylaşımda həmçinin qeyd edib ki, bu ilin sonunadək ümumi gücü 760 MVt olan 2 günəş elektrik stansiyasının tikintisinə başlanılması planlaşdırılır.
Xatırladaq ki, BƏƏ-nin Masdar şirkəti ilə imzalanan investisiya müqaviləsinə əsasən, Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası layihəsinin icrası nəzərdə tutulur.
Rəylər (0):