Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb.
Renewables.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Energetika Nazirliyi və İspaniyanın “Elecnor” şirkəti arasında da əməkdaşlıq sənədi imzalanıb. Azərbaycanda bərpa olunan enerji layihəsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu Qaradağ rayonunda 70 MVt gücündə külək elektrik stansiyası layihəsinin həyata keçirilməsi sahəsində əməkdaşlığı əhatə edir. Bu çərçivədə külək ölçmə məlumatlarının toplanması və təhlili, həmçinin enerji saxlanc sistemi də daxil olmaqla, külək və günəş enerjisi layihələrinin inkişafı üzrə də əməkdaşlıq ediləcək.
Rəylər (0):