İsveç startapı dünyanın ən hündür taxta külək qülləsini inşa edib

image

İsveçin "Modvion" startapı taxta materialından külək turbinlərinin qüllələrini inşa edir.

Renewables.az Euronews Green-ə istinadən xəbər verir ki, şirkət Göteborq yaxınlığında 150 metr hündürlüyündə dünyanın ən hündür taxta külək qülləsini quraşdırıb. 2 meqavat gücündəki külək turbini 400-ə yaxın evi elektrik enerjisi ilə təmin edir.

Məlumatda bildirilir ki, beton və ya poladdan hazırlanan qüllələrdən fərqli olaraq taxtadan hazırlanan qüllələr karbon tutumlu materiallara əsaslanmır və “xalis sıfır külək enerjisi” yaradır. Bundan əlavə, polad külək qüllələri üçün daha çox yayılmış material olsa da, hündür qüllələrin inşası zamanı onların quraşdırılması, daşınması, maddi-texniki təminatı zamanı çətinliklər yarana bilir.

Taxta qüllələr müntəzəm yoxlama tələb edən polad qüllələrdən fərqli olaraq minlərlə boltlarla deyil, yapışqanla da birləşdirilə bilər.

Modvion-a görə, 110 metr hündürlüyündə polad külək qüllələrinin hazırlanması zamanı karbon emissiyası təxminən 1250 ton təşkil edir, taxta qüllələr üçün bu, 90 faiz az - təxminən 125 tona bərabərdir.

Taxta külək qüllələrini istismardan çıxarmaq lazım olduqda onlar tikinti sənayesində istifadə oluna bilər. Şirkətin hesablamalarına görə, taxta qüllələr külək elektrik stansiyalarının emissiyalarını hər kVt-saata təxminən 30 faiz azaldır. Bir qüllə üçün 300-1200 kubmetr arasında ağac lazım olur ki, şirkət bunun üçün davamlı şəkildə idarə olunan Skandinaviya meşələrindənki ladinlərindən istifadə edir.

Şirkət 2027-ci ilə qədər 100 taxta qüllə inşa etməyi planlaşdırır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *