Kaliforniya sularında 4,6 QVt gücündə külək parkları inşa ediləcək

image

ABŞ Administrasiyası Kaliforniya sahillərində 4,600 MVt gücündə üzən dəniz külək stansiyasının inşası üçün hazırlıqlara başladı.

“Berpaolunanenerji.az” xəbər verir ki, Birləşmiş Ştatlar 2030-cu ilə qədər dəniz külək enerjisinin qoyuluş gücünü 30 min meqavata çatdırmağı hədəfləyir. Ölkənin Qərb sahillərində külək potensialını dəyərləndirmək üçün ilk addımı atan Administrasiya, 2022-ci ilə qədər Kaliforniyanın şimal və mərkəz sahillərində dəniz külək stansiyaları üçün hədəflərini açıqlayıb.

Verilən məlumata görə, önümüzdəki on il ərzində Kaliforniya sahillərində 1,6 milyon evin enerji ehtiyacını qarşılayacaq 4,6 QVt gücə malik dənizdə üzən külək elektrik parkları inşa ediləcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *