Külək enerjisinin potensialı necə ölçülür?

image

Külək elektrik stansiyaları qurulmazdan əvvəl həmin ərazidə küləyin potensialı ölçülür.

Renewables.az Energetika Nazirliyinin yaydığı maarifləndirici məlumata əsasən xəbər verir ki, küləyin sürəti, istiqaməti və turbulentliyin intensivliyi enerji potensialının qiymətləndirilməsi üçün vacibdir. Bunun üçün anemometrlər və əlavə sensorlar ilə təchiz olunmuş 85-100 metr hündürlüyündə meteoroloji dirəkli Külək Ölçmə Müşahidə Stansiyalarından (ÖMS) istifadə olunur.

Məlumata görə, ölkəmizdə də bu cür stansiyalar qurulub. Bunlardan Yeni Yaşma Külək Elektrik Parkı, Səngəçal Terminalı yaxınlığında və Quba rayonunun Xaltan kəndində qurulmuş ÖMS-lər, həmçinin "ACWA Power" şirkəti tərəfindən Xızı və Abşeron rayonu ərazilərində qurulmuş 5 ÖMS hazırda fəaliyyətdədir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *