"Masdar"ın Özbəkistanda yatırım edəcəyi külək layihəsi 1,500 MVt gücündə olacaq

image

Layihənin birinci mərhələsi 500 MVt, ikinci mərhələsi isə 1,000 MVt gücündə olacaq. "Berpaolunanenerji.az" "Masdar"a istinadən xəbər verir ki, Özbəkistanın ilk külək ferması Nəvai bölgəsinin Zarafşan şəhərində inşa ediləcək. Layihənin Orta Asiyada ən böyük KES olacağı qeyd olunur.

Ötən il şirkətlə hökumət rəsmiləri arasında 500 MVt gücündə KES-in inşası üçün 600 milyon dollarlıq anlaşma imzalanmışdı. Layihənin təməl qoyma mərasimində isə ikinci mərhələ olaraq 1,000 MVt gücündə anlaşma imzalandı. Bununla da, "Masdar"ın Özbəkistandakı külək layihəsinin qoyuluş gücü 1,5 GVt-a çatdı.

Şirkətin açıqlamasında layihənin birinci mərhələsinin 2024-cü ildə tamamlanacağı bildirilsə də, ikinci mərhələnin nə vaxt bitəcəyi ilə bağlı açıqlama verilmədi. 500 MVt gücündə inşa ediləcək KES 500,000 evi elektrik enerjisi ilə təmin edəcək, ildə 1.1 milyon ton karbon-dioksidin havanı çirkləndirməsinin qarşısını alacaq.

Hazırda külək enerjisinin 750 kVt gücə malik olduğu Özbəkistan, 2030-cu ilə qədər bərpa olunan enerjinin qoyuluş gücünü 30 GVt-a çatdıraraq, elektrik enerjisi istehsalının 25%-ni yaşıl mənbələrdən əldə etməyi hədəfləyir.

Ötən ilin dekabr ayında "Masdar", ölkənin ilk özəl günəş enerjisi yatımı olan 100 MVt gücündəki günəş layihəsini 2,679 ABŞ dolları/kVs təklifi ilə qazanmışdı.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *