Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin elektron informasiya resursunun əvvəlki domen adı (energetika.nakhchivan.az) yeni "nminenergy.gov.az" domen adı ilə "AzStateNet" şəbəkəsinə köçürülüb.
"Renewables.az" bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Xatırladaq ki, bir müddət əvvəl Naxçıvan MR Dövlət Energetika Xidmətinin internet səhifəsinin audit yoxlamaları aparıldıqdan sonra "nminenergy.gov.az" domen zonasına köçürüləcəyi ilə bağlı məlumat verilmişdi.
Rəylər (0):