Norveçdə dünyanın ən böyük üzən dəniz külək parkı tam gücü ilə işləməyə başlayıb

image

Norveçin Equinor (EQNR.OL) şirkətinin, neft və qaz platformalarını elektrik enerjisi ilə təmin edəcək və onların istixana qazı emissiyalarını azaldacaq dünyanın ən böyük üzən dəniz külək parkının açılışı olub.

Renewables.az "Reuters"ə istinadən xəbər verir ki, 88 meqavat gücündəki "Hywind Tampen" külək parkı ötən ilin noyabrında elektrik enerjisi istehsalına başlasa da, indi tam gücü ilə işləməyə başlayıb.

Norveçin qərb sahilindən təxminən 140 km uzaqlıqda yerləşən enerji parkı Şimal dənizindəki "Snorre" və "Gullfaks" neft-qaz yataqlarında beş platforma üçün illik enerji tələbatının təxminən 35 %-ni ödəyəcək.

"Hywind Tampen" külək parkının hər il 200.000 ton CO2 emissiyalarını azaldacağı gözlənilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *