Qaradağ GES-in yaşıl sertifikatlarından Azərbaycan da faydalanacaq

image

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bizim sənaye miqyaslı müqavilələrdə "yaşıl sertifikat"larla bağlı müəyyən müddəalar var. Artıq onların monetizasiyası abstrakt bir şey deyil və “Masdar”ın istifadəyə verilən stansiyasından (Qaradağ GES) əldə olunan sertifikatlardan da Azərbaycan tərəfi faydalanacaq.

Renewables.az xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Report”a müsahibəsində bildirib.

Dövlət Agentliyinin direktoru qeyd edib ki, COP29-un Bakıda keçirilməsi ilə bağlı bu "yaşıl sertifikat"lar bazarının formalaşdırılması və sairə istiqamətlərdə də ciddi irəliləyişlər olmalıdır.

Cavid Abdullayevin geniş müsahibəsini buradan oxuya bilərsiniz.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *