Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan Respublikası hökumətləri Qazaxıstanın bərpa olunan enerji sektorunun inkişafında, o cümlədən 1 QVt gücündə irimiqyaslı külək enerjisi layihəsinin inkişafı vasitəsilə əməkdaşlığa dair öhdəliyi əks etdirən saziş imzalayıb.
Renewables.az şirkətin yaydığı məlumata əsasən xəbər verir ki, mərasimdə ölkə prezidenti Kasım-Jomart Tokayev də iştirak edib.
Müqavilə COP 28 çərçivəsində Qazaxıstanın Energetika Nazirliyi, Qazaq Green Power, Qazaxıstan İnvestisiya İnkişaf Fondu ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi, W Solar arasında imzalanıb.
Rəylər (0):