Respublikada külək enerjisi istehsalı azalıb

image

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanın külək elektrik stansiyalarının elektrik enerjisi istehsalı 41,7 mln. kVt-saat təşkil edib.

Renewables.az Energetika Nazirliyinin yaydığı operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 mln. kVt-saat və ya 29,7 faiz azdır.

Hesabat dövründə "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 32,2 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *