Şri-Lankanın "Dənizdə külək enerjisi üzrə Yol Xəritəsi" ölkənin energetika naziri Kançana Wijesekera-nın iştirakı ilə təqdim olunub.
Renewables.az Dünya Bankının saytına istinadən xəbər verir ki, Yol Xəritəsi Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə “Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı” - ESMAP çərçivəsində hazırlanıb.
Hesabata görə, Şri-Lanka dənizdə külək enerjisi üzrə 56 QVt potensiala (dayazsulu hövzələrdə 27 QVt və dərinsulu hövzələrdə 29 QVt) malikdir. Dənizdə külək enerjisinin inkişafı üçün əlverişli üç geniş ərazi var, lakin ölkənin qərb və cənub sahilləri ən potensiallı ərazilərdir.
Qeyd edək ki, Şri-Lanka hökuməti 2030-cu ilə qədər elektrik enerjisinin 70 %-ni bərpa olunan enerji mənbələrindən əldə etməyi və 2050-ci ilə qədər elektrik enerjisi istehsalında karbon neytrallığına nail olmağı qarşısına məqsəd qoyub.
Rəylər (0):