Yanvar ayında külək enerjisi istehsalında artım qeydə alınıb

image

2024-cü ilin yanvar ayında Azərbaycanın külək elektrik stansiyalarının elektrik enerjisi istehsalı 5,8 mln. kVt-saat təşkil edib.

Renewables.az elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,12 mln. kVt-saat və ya 24 faiz çoxdur.

Qeyd edək ki, bu dövrdə "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 3,74 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *