2023-cü ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən ölkədə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,4 mln. kVt-saat, yəni 0,3 % artaraq 16 323,4 mln. kVt-saat olub.
Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, yeddi ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 14 995,7 mln. kVt-saat, SES-lərdə 1 107,4 mln. kVt-saat, digər mənbələr üzrə isə 220,3 mln. kVt-saat təşkil edib.
Bu dövrdə külək elektrik stansiyalarında 37,6 mln. kVt-saat, günəş elektrik stansiyalarında 39,6 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 652,8 mln. kVt-saat (İES-lərdə 13 622,3 mln. kVt-saat, SES-lərdə 1 030,5 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 272,1 mln. kVt-saat (İES-lərdə 168,2 mln. kVt-saat, SES-lərdə 67,7 mln. kVt-saat, GES-lərdə 36,2 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 28,9 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 369,6 mln. kVt-saat təşkil edib.
2023-cü ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin ixracı 1 277,3 mln. kVt-saat, idxalı isə 157,6 mln. kVt-saat olub.
Qeyd edək ki, cari ilin iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 415,5 mln. kVt-saat olub. İyul ayında elektrik enerjisinin idxalı 19,7 mln. kVt-saat, ixrac isə 12,4 mln. kVt-saat təşkil edib.
Rəylər (0):