8 ayda respublikada elektrik enerjisi istehsalı 0,8 % artıb

image

2023-cü ilin yanvar-avqust ayları üzrə operativ məlumatlara əsasən ölkədə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 154,2 milyon kVt-saat, yəni 0,8 % artaraq 19 milyard 245,2 milyon kVt-saat olub.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, səkkiz ay ərzində elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 17 milyard 714,1 milyon kVt-saat, Su Elektrik Stansiyalarında (SES) 1 milyard 282,0 milyon kVt-saat, digər mənbələr üzrə isə 249,1 milyon kVt-saat təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında (KES) 41,7 milyon kVt-saat, günəş elektrik stansiyalarında (GES) 46,9 milyon kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 160,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 17 milyard 328,1 milyon kVt-saat (İES-lərdə 16 132,0 mln. kVt-saat, SES-lərdə 1 196,1 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 330,2 mln. kVt-saat (İES-lərdə 211,7 mln. kVt-saat, SES-lərdə 75,6 mln. kVt-saat, GES-lərdə 42,9 mln. kVt-saat), “Azərişıq” ASC üzrə KES-lərdə 32,2 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 554,7 mln. kVt-saat təşkil edib.

2023-cü ilin yanvar-avqust ayları üzrə elektrik enerjisinin ixracı 1 530,6 mln. kVt-saat, idxalı isə 169,3 mln. kVt-saat olub.

Qeyd edək ki, 2023-cü ilin avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 921,8 mln. kVt-saat olub. Elektrik enerjisinin idxalı 11,6 mln. kVt-saat, ixrac isə 253,5 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *