2023-cü il üzrə operativ məlumatlara əsasən, ötən il ərzində respublikada elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 272,3 mln. kVt-saat, yəni 0,9 % artaraq 29 mlrd. 276,6 mln. kVt-saat olub.
Renewables.az-a bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, 12 ay ərzində elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 27 mlrd. 160,4 mln. kVt-saat, Su Elektrik Stansiyalarında (SES) 1 mlrd. 757,2 mln. kVt-saat, digər mənbələr üzrə isə 359,0 mln. kVt-saat təşkil edib.
Bu dövrdə Külək Elektrik Stansiyalarında (KES) 56,6 mln. kVt-saat, Günəş Elektrik Stansiyalarında (GES) 79,4 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 223,0 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 26 mlrd. 441,2 mln. kVt-saat (İES-lərdə 24 mlrd. 794,2 mln. kVt-saat, SES-lərdə 1 mlrd. 647,0 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 481,0 mln. kVt-saat (İES-lərdə 325,03 mln. kVt-saat, SES-lərdə 95,02 mln. kVt-saat, GES-lərdə 60,93 mln. kVt-saat), “Azərişıq” ASC üzrə KES-lərdə 41,9 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 mlrd. 312,5 mln. kVt-saat təşkil edib.
Ötən il ərzində elektrik enerjisinin ixracı 3 mlrd. 252,5 mln. kVt-saat, idxalı isə 211,8 mln. kVt-saat olub.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 mlrd. 788,7 mln. kVt-saat olub. Bu ayda elektrik enerjisinin ixracı 504,3 mln. kVt-saat, idxalı isə 11,0 mln. kVt-saat təşkil edib.
Rəylər (0):