Azərbaycanda istehsal, idxal və ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb

image

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 9 mlrd. 248,6 mln. kVt-saat, ixrac 407 mln. kVt-saat, idxal isə 62,2 mln. kVt-saat olub.

Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, yanvar-apreldə İstilik Elektrik Stansiyaları (İES) üzrə 8 mlrd. 198 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 464,5 mln. kVt-saat artımla 1 mlrd. 050,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Nazirliyin yaydığı operativ məlumatlara əsasən, ötən 4 ay ərzində respublikada elektrik enerjisinin istehsalı 9 mlrd. 248,6 mln. kVt-saat olub.

Bu dövrdə elektrik enerjisi istehsalı İES-lərdə 8 mlrd. 198,0 mln. kVt-saat, Su Elektrik Stansiyalarında (SES) keçən ilin müvafiq dövrünə nisbətən 332,6 mln. kVt-saat artımla 794,6 mln. kVt-saat, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,9 mln. kVt-saat artımla 255,9 mln. kVt-saat. təşkil edib.

4 ay ərzində külək elektrik stansiyalarında (KES) 21,0 mln. kVt-saat, günəş elektrik stansiyalarında (GES) 144,4 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 90,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8 mlrd. 190,7 mln. kVt-saat (İES-lərdə 7 mlrd. 444,9 mln. kVt-saat, SES-lərdə 745,8 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 132,9 mln. kVt-saat (İES-lərdə 70,3 mln. kVt-saat, SES-lərdə 44,0 mln. kVt-saat, GES-də 18,6 mln. kVt-saat), “Azərişıq” ASC üzrə KES-lərdə 14,8 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 910,1 mln. kVt-saat təşkil edib.

Yanvar-aprel ayları üzrə elektrik enerjisinin idxalı 62,2 mln. kVt-saat, ixracı isə 407,0 mln. kVt-saat olub.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 108,5 mln. kVt-saat olub. Bu ayda elektrik enerjisinin idxalı 17,9 mln. kVt-saat, ixracı isə 48,5 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *