Hazırda bizim Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən aparılmış ən əsas işimiz və ən böyük potensialımız müəyyən olunmuş Xəzər dənizidir ki, orada 157 qiqavat külək potensialı müəyyənləşdirilib və o külək potensialının reallaşdırılması istiqamətində əhəmiyyətli işlərə başlanılıb.
Renewables.az xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Report”a müsahibəsində bildirib.
"Açığını deyim ki, dənizdə bu işləri aparmaq və onları razılaşdırmaq yeni yanaşmalar, yeni baxışlar tələb edir. O baxımdan IFC həmin layihələrin davam etdirilməsi, bəlkə də gələcəkdə dənizdə külək layihələri üçün hərracların keçirilməsində bizə dəstək verməyə hazırdır. Bizə bu istiqamətdə müəyyən məsləhətçi və texniki tərəfdən, həmçinin IFC-nin maliyyə dəstəyi maraqlı ola bilər", - C.Abdullayev qeyd edib.
Cavid Abdullayevin geniş müsahibəsini buradan oxuya bilərsiniz.
Rəylər (0):