11 ayda respublikada elektrik enerjisi istehsalı artıb

image

2023-cü ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, 11 ayda respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 223,0 mln. kVt-saat, yəni 0,8 % artaraq 26 milyard 487,5 mln. kVt-saat olub.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, yanvar-noyabr ayları ərzində elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 24 milyard 525,1 mln. kVt-saat, Su Elektrik Stansiyalarında (SES) 1 milyard 636,5 mln. kVt-saat, digər mənbələr üzrə isə 325,9 mln. kVt-saat təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında (KES) 54,3 mln. kVt-saat, günəş elektrik stansiyalarında (GES) 69,7 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 201,9 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 milyard 894,9 mln. kVt-saat (İES-lərdə 22 milyard 363,3 mln. kVt-saat, SES-lərdə 1 milyard 531,6 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 444,2 mln. kVt-saat (İES-lərdə 295,5 mln. kVt-saat, SES-lərdə 90,9 mln. kVt-saat, GES-lərdə 57,8 mln. kVt-saat), “Azərişıq” ASC üzrə KES-lərdə 40,1 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 108,3 mln. kVt-saat təşkil edib.

2023-cü ilin yanvar-noyabr ayları üzrə elektrik enerjisinin ixracı 2 milyard 752,7 mln. kVt-saat, idxalı isə 200,8 mln. kVt-saat olub.

Qeyd edilir ki, 2023-cü ilin noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 453,4 mln. kVt-saat olub. Bu ayda elektrik enerjisinin idxalı 10,6 mln. kVt-saat, ixrac isə 401,2 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *