2024-cü ilin ilk ayı üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb

image

2024-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay respublikada elektrik enerjisinin istehsalı 2 mlrd. 401,6 mln. kVt-saat olub.

Renewables.az-a bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, ay ərzində elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 2 mlrd. 229,3 mln. kVt-saat, Su Elektrik Stansiyalarında (SES) keçən ilin müvafiq dövrünə nisbətən 62,2 mln. kVt-saat artımla 129,4 mln. kVt-saat, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,0 mln. kVt-saat artımla 42,9 mln. kVt-saat təşkil edib.

Bu dövrdə Külək Elektrik Stansiyalarında (KES) 5,8 mln. kVt-saat, Günəş Elektrik Stansiyalarında (GES) 18,2 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 18,9 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Yanvar ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 mlrd. 165,7 mln. kVt-saat (İES-lərdə 2 mlrd. 041,1 mln. kVt-saat, SES-lərdə 124,6 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 30,4 mln. kVt-saat (İES-lərdə 24,03 mln. kVt-saat, SES-lərdə 3,65 mln. kVt-saat, GES-lərdə 2,74 mln. kVt-saat), “Azərişıq” ASC üzrə KES-lərdə 3,74 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 201,8 mln. kVt-saat təşkil edib.

Ötən ay ərzində elektrik enerjisinin ixracı 116,3 mln. kVt-saat, idxalı isə 19,0 mln. kVt-saat olub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *