Çin dünyanın ən güclü külək turbininin istehsalını planlaşdırır

image

Çinin "Ming Yang Smart Energy" şirkəti 22 MVt gücündə dünyanın ən böyük güclü külək turbini istehsalı üçün layihəyə başlayıb.

Renewables.az-ın New Atlas-a istinadən məlumatına görə, külək turbininin rotorunun diametri 310 metrdən çox olacaq. 

Müqayisə üçün bildirək ki, bu külək turbini Eyfel qülləsi hündürlüyündə olacaq. Turbin 310 metrdən çox rotor diametrinə və ən azı 75,477 kvadratmetr sahənin hava axınına (swept area) sahib olacaq. 

Qeyd edək ki, çinli şirkət hazırda layihəyə başlasa da, onu 2025-ci ildə bitirməyi planlaşdırır. Yəni ən az iki il "Goldwind" şirkətinin GWH252-16MW külək turbini dünyanın ən nəhəngi hesab olunacaq.

Xatırladaq ki, 16 MVt gücündəki dənizdə dünyanın ən böyük güclü külək turbini Çinin Fucyen vilayətində quraşdırılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *